...

Bakı Metropoliteni sərnişin kartlarının satın alınması üzrə tender elan edib

Tender müsabiqələri Materials 7 Fevral 2013 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni sərnişinlərin avtomatik buraxılış sistemi üçün plastik kartların satın alınması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Respublika" qəzetində dərc olunmuş məlumatda deyilir.

Tenderdə iştirak etmək arzusunda olanlar iştirak barədə ərizə və başqa sənədləri bu il martın 15-dək təqdim etməlidirlər. Tender təklifləri və bank zəmanəti isə aprelin 1-dək təqdim olunmalıdır. Tenderdə iştirakın dəyəri 200 manat təşkil edir.

Tender təklifləri zərfinin açılışı aprelin 2-də Bakı şəh., H.Cavid prospekti, 33 ünvanında keçiriləcək.

Əlavə məlumat üçün:

Əlaqələndirici şəxs: Etibar İsayev
Tel.: (+994 12) 490 00 31
Теl./Faks: (+994 12) 510 97 03

Məqalədə:
Xəbər lenti

Xəbər lenti