...

Azərbaycanda avtomobil yolunun yenidən qurulması ilə bağlı tender elan olunub

Tender müsabiqələri Materials 24 Aprel 2013 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/

Nəqiliyyat Nazirliyinin "Azəryolservis" Səhimdar Cəmiyyəti Mingəçevir-Mingəçevir stansiyasına qədər uzunluğu 16,7 km olan avtomobil yolunun yenidən qurulması ilə bağlı ilkin seçim tenderi elan edib. Trend-in məumatına görə, bu barədə çərşənbə günü "Xalq qəzeti"ndə dərc olunmuş məlumatda deyilir.

Məlumata görə, yolun təmiri Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidənqurma layihəsi çərçivəsində həyata keçiriləcək.

Məlumatda qeyd olunur ki, işlər 2014-cü ilin fevralında başlanmalıdır. İşlərin aparılması 18 ay ərzində yekunlaşmalıdır.

Tenderin ilkin seçim mərhələsində iştirak etmək istəyənlər ərizələri 12 iyunl saat 17:00-dək təqdim etməlidirlər.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar: Azərbaycan, AZ 1010, Bakı, Üzeyir Hacıbəyov küçəsi, 72/4.

Tel.: (+994 12) 493 60 09/ 499 79 04.

Faks: (+994 12) 493 60 09.

Email: [email protected]

Əlaqələndirici şəxs: Seymur Qəhrəmənov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti