...

Gədəbəy rayonunun su təchizatı sisteminin yenidən qurulması üzrə tender elan edilib

Tender müsabiqələri Materials 5 Aprel 2014 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Əliyev/

"Azərsu" ASC Gədəbəy şəhərinin su təchizatı sisteminin yenidən qurulması ilə bağlı bir sıra lotlar üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiaysının rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

Azərbaycanın altı bankında müvafiq kommunikasiyaların yenidən qurulması üzrə İslam İnkişaf Bankının (İİB) layihəsi çərçivəsində aparılacaq işlər üzrə tender özündə 12 lotu ehtiva edir:

Su təchizatı sistemi zürə:
1. su qəbulu qurğularının tikintisi;
2. 14,78 kilometr uzunluğunda magistral su kəmərinin çəkilməsi;
3. su anbarının tikintisi;
4. suyun xlorlanması üçün obyektin tikintisi;
5. 72,97 km uzunluğunda su kəməri şəbəkəsinin çəkilişi;
6. asfalt və qrunt yolların yenidən qurulması;
7. mənzillərin su kəməri şəbəkəsinə birləşdirilməsi, eləcə də 2560 su sayğacının quraşdırılması.
Kanalizasiya sistemi üzrə:
1. 67,76 uzunluğunda kanalizasiya şəbəkəsinin çəkilişi;
2. 2560 yaşayış obyektinin şəbəkəyə birləşdirilməsi;
3. 2052 kanalizasiya quyusunun tikilməsi;
4. 18,5 kilovat gücündə iki nasos stansiyasının quraşdırılması;
5. kanalizasiya kollektorunun çəkilişi (uzunluğu 694 metr, diametri 225 millimetr).

Tenderdə iştirakın dəyəri 300 manat və ya 400 ABŞ dollarıdır.
Bir milyon dollar məbləğində bank zəmanəti ilə tender təklifi komissiya tərəfindən bu il üyunun 3-də saat 16.00-dək qəbul ediləcək.

Əlavə məlumat almaq üçün:
Əlaqələndirici şəxs - Tenderlərin təşkili və küçirilməsi şöbəsinin rəisi İlqar Tağıyev; ünvan: Bakı, Moskva prospekti, 67;
Telefon: +99412 431 4792 +99412 431 4792;
faks: +99412 598 3814;
е-mail: [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti