...

Bakının Abşeron rayonunda uşaq bağçasının tikintisi üzrə tender elan edilib

Tender müsabiqələri Materials 8 Aprel 2014 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Əliyev/

Paytaxtın Abşeron rayonunun Novxanı bələdiyyəsi Novxanı kəndində uşaq bağçasının tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender komissiyasının çərşənbə axşamı rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.

Tenderdə iştirakın dəyəri 50 manat təşkil edir. Tender təklifi komissiya tərəfindən bu il mayın 20-də saat 17.00-dan gec olmayaraq qəbul edilir.

Təkliflərin açılışı mayın 21-i saat 11.00-da baş tutacaq.
Əlavə məlumat almaq üçün bələdiyyədəki aşağıda göstərilən əlaqələr üzrə almaq mümkündür:
Əlaqələndiri şəxs: G.Məmmədova;
ünvan: Novxanı kəndi, İ.Abdulalyev küçəsi, 16;
telefon: 348 3448.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti