...

Əmlak Məsələləri Dövlət Komitəsi DB layihəsi çərçivəsində məsləhətçi cəlb edir

Tender müsabiqələri Materials 10 Aprel 2014 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi maarifçilik tədbirləri və gələcəkdə informativ xarakterli başqa aksiyaları keçirməsi üzrə konsultasiya xidmətlərinin göstərilməsinə dair maraqlar sorğusu elan edib. Trend-in məlumatına gröə, bu barədə Tender komissiyasının cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tender komitənin Dünya Bankı (DB) ilə birgə həyata keçirdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində keçirilir. Maraqlar sorğusunun yekunlarına görə, müqavilənin imzalandığı andan yeddi ay müddətində müvafiq xidmətlərin göstərilməsi üzrə iki məsləhətçi seçiləcək.

Ərizələr layihənin işçi qrupu tərəfindən 30 aprel saat 18.00-dək qəbul ediləcək.

Əlavə məlumat almaq üçün: əlaqələndirici şəxs: alqı-satqı mütəxəssisi Nigar Hüseynova;
ünvan: Bakı, H. Cavid pr., 31, altıncı mərtəbə;
Telefon: +99412 510 9145 (daxili: 7227);
е-mail: [email protected], [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti