...

Azərbaycan Mərkəzi Bankı sığortaçı cəlb edir

Tender müsabiqələri Materials 16 İyul 2014 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Emin Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta paketi proqramı üçün tender elan edib. Trend-in xəbərinə görə, bu barədə Tender Komissiyasının çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tenderdə iştirak haqqı 200 manatdır. Tender təklifi dəyərinin bir faizi həcmində bank zəmanəti ilə bu il 15 avqust saat 18.00-dək qəbul edilir. Təkliflərin açılışı 18 avqust saat 15.00-da baş tutacaq.

Tender iştirakçıları sığortanın göstərilən növü üzrə fəaliyyət lisenziyasına malik olmalı və İcbari Sığorta Bürosuna üzv olmalıdırlar.

Tender iştirakçısının ümumi kapitalının səviyyəsi Maliyyə Nazirliyinin tələblərinə cavab verməli və beş milyon manatdan aşağı olmamalıdır.

Tenderin şərtlərinə görə, qalib xidmətlərin göstərilməsinə noyabrın 1-dən, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortasına 2015-ci il yanvarın 25-dən başlamalıdır. Xidmətlər 12 ay ərzində göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti