...

Azərbaycan polad istehsalı kompleksi sığortaçı cəlb edir

Tender müsabiqələri Materials 19 İyul 2014 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova /

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC mərkəzi aparatda işləyən əməkdaşların könüllü tibbi sığortası üçün açıq tender elan edib.

Tenderdə iştirakın haqqı 350 manatdır. Təkliflər komissiyada bu il 2 sentyabr saat 18.00-dan gec olmayaraq qəbul edilir. Təkliflərin açılışı QSC-nin inzibati binasında 3 sentyabr saat 15.00-da keçiriləcək.

Əlaqələndirici şəxs: Elnur Şahverdiyev;

telefonlar: (012) 599-19-09, (012) 436-54-61;

e-mail: [email protected].

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC 2013-cü ilin aprelində dövlət başçısının sərəncamı ilə yaradılıb. QSC Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində polad istehsalı üzrə komplekslərin layihələndirilməsi, tikintisi və idarə edilməsini yerinə yetirir. Səhmləri dövlətə məxsus olan "Daşkəsən Filizsaflaşdırma" ASC kompleksin tərkibinə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti