...

Sumqayıt Kimya Sənaye Parkı inzibati binanın tikintisi üzrə tender elan edib

Tender müsabiqələri Materials 5 Sentyabr 2014 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova /

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC Sumqayıt şəhərində 16 mərtəbəli inzibati binanın tikintisi üzrə tender elan edib.

Trend xəbər verir ki, bu barədə cümə günü rəsmi mətbuatda dərc edilmiş məlumatda deyilir.

İnzibati bina Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 ünvanında yerləşəcək.

Tenderdə iştirak etmək istəyənlər 2014-cü il sentyabrın 9-dək iştirak haqqında ərizə və digər sənədləri təqdim etməlidirlər. Tender təklifləri sentyabrın 20-si saat 17.00-dək təqdim edilməlidir, təkliflərin açılışı 21 sentyabr saat 16.00-da keçiriləcək.

Əlavə məlumatı aşağıdakı əlaqə vasitələri ilə almaq mümkündür:

Əlaqələndirici şəxs: Rəvayət Mustafayev;
Ünvan: Bakı, Xocalı pr, 37, Demirchi Tower;
telefon: (+99412) 488 80 65.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti