...

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" xidmətlərin açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir

Tender müsabiqələri Materials 24 Avqust 2018 10:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" xidmətlərin açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" xidmətlərin açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC İSO 9001:2015 Beynəlxalq standartının Keyfiyyəti idarəetmə sistemi üzrə Sertifikatlaşdırma işlərinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 30 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 31 avqust 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 03 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: (012) 498-91-84; (012) 599-00-03 (1401)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti