...

“Garabag Resorts&Spa” oteli dünyaca məşhur onlayn bronlaşdırma resursunun fəxri mükafatına layiq görülüb (FOTO)

Turizm Materials 20 Fevral 2018 15:51 (UTC +04:00)
“Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülüb.
“Garabag Resorts&Spa” oteli dünyaca məşhur onlayn bronlaşdırma resursunun fəxri mükafatına layiq görülüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın ən müasir və dəbdəbəli otellərindən biri – “Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, otel mümkün 10 baldan 9,4 balla “Mükəmməl” səviyyəsində mövqeyini inamla qoruyur və buna görə “Garabag Resorts&Spa” rəylərini bölüşən qonaqlara öz minnətdarlığını bildirir.

“Garabag Resorts&Spa” otelinin baş meneceri Elçin Zeynalabdin bildirib: “Hər bir ziyarətçinin otelimiz ilə bağlı gözəl təəssüratlarının yaranması bizim üçün çox vacibdir. Kollektivimiz ən yüksək səviyyədə xidmət göstərməyə çalışır və biz şadıq ki, “Garabag Resorts&Spa” qonaqlarımızın əksəriyyətinin gözləntilərini doğruldur. Həm “Booking.com”, həm də veb-saytımız vasitəsilə paylaşılan rəylər bunu bir daha vurğulayır”.

Günbəgün daha çox insan internetə müraciət edir və otelləri bronlaşdırmadan öncə başqa səyahətçilərin rəyləri ilə tanış olur. Çox vaxt məhz bu rəylər əsasında formalaşan qiymətləndirmə yer seçimi barədə qərara öz təsirini göstərir. “Booking.com” otellərin onlayn bornlaşdırılması üzrə dünyanın ən böyük resursları sırasına daxildir. Bu veb-saytda bütün rəylər otel tərəfindən və resursun özü tərəfindən qonağın həmin oteldə qalmasının təsdiq olunmasından sonra dərc edilir. Bu, daha obyektiv və şəffaf qiymətləndirmə sistemini yaratmağa imkan verib.

“Garabag Resorts&Spa” oteli öz müalicəvi xüsusiyyətləri ilə 600 ildən çoxdur tanınan unikal Naftalan yağı sayəsində dünya şöhrəti qazanmış Naftalan kurort şəhərində yerləşir. Burada ənənəvi və xüsusi prosedurların geniş seçiminin təqdim olunduğu “ENTERA” müalicə-sağlamlıq mərkəzi fəaliyyət göstərir.

Otel öz inkişaf etmiş infrastrukturu və müasir rahatlığı ilə qonaqlarına rahat tərtibli otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün bir çox əyləncə təklif edir. “Garabag Resorts&Spa” təkcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli otel deyil – bu, sağlam həyat tərzi, relaksasiya və dadlı mətbəxin vəhdətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti