...

İstirahət mərkəzlərində monitorinq aparılacaq

Cəmiyyət Materials 29 İyun 2018 12:51 (UTC +04:00)
Azərbaycanda istirahət mərkəzlərində monitorinq aparılacaq
İstirahət mərkəzlərində monitorinq aparılacaq

Bakı. Samir Əli - Trend:

Son zamanlar ölkəyə çoxlu sayda turistlər gəlir. Ona görə də ölkənin turizm zonalarında Turizm Agentliyi ilə birlikdə qida təhlükəsizliyi üzrə dövlət nəzarəti həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövsümi xarakter daşıyan istirahət zonalarında insanların kütləvi qidalanması olur: "Gələn aydan başlayaraq Turizm Agentliyinin əməkdaşları ilə birlikdə həmin iaşə obyektlərində monitorinq və audit tədbirləri aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti