...

Ötən il Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Turizm Materials 1 Fevral 2022 14:37 (UTC +04:00)
Ötən il Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bakı. Trend:

2021-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə 57 198 nəfər səfər edib ki, bu da 2020-ci ilin dekabrı ilə müqayisədə 24 dəfə çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlıumat verir.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,02 faiz təşkil edib.

2021-ci il ərzində 470 618 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da 2020-ci illə müqayisədə 98,74 faiz çoxdur.

2021-ci ildə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,9 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci il ərzində Türkiyəyə 30,038 milyon turist səfər edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 88,08 faiz çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti