...

Yaxın bir neçə ilə azad olunan torpaqlarımızda turizm inkişaf edəcək - Kənan Quluzadə

Turizm Materials 11 May 2022 14:51 (UTC +04:00)
Yaxın bir neçə ilə azad olunan torpaqlarımızda turizm inkişaf edəcək - Kənan Quluzadə
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilən torpaqlarımızda turizm üzrə marşrutlar qurulur, kadrlar hazırlanır.

Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə turizmin inkişafı üçün böyük işlər görülür, insanların oraya qayıdışı isə bu prosesi daha da sürətləndirəcək.

"Şuşada artıq iki hotel fəaliyyət göstərir. Bundan başqa Ağdam şəhərində yeni hotelin, Suqovuşanda isə turizm kompleksinin təməli qoyulub. Digər azad olunan torpaqlarımızda da gələcəkdə hotellərin, turizm komplekslərinin tikintisi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, yaxın bir neçə ilə azad olunan torpaqlarımızda turizm inkişaf edəcək. Bunun üçün artıq müvafiq turizm infrastrukturu qurulmağa başlayıb".

K.Quluzadə qeyd edib ki, tikilən və tikintisi nəzərdə tutulan hotellər nəqliyyat qovşaqlarına yaxın ərazilərdə olacaq ki, gələcəkdə hamı istifadə edə bilsin:

"Daxili və xarici investorlar azad olunan torpaqlarımızda turizmə sahəsinə investisiya qoymaqda maraqlıdır. İnsanların həmin torpaqlara qayıdışı turizmi daha da dirçəldəcək, yeni iş yerlərinin açılmasına səbəb olacaq. Azad edilən torpaqlarımızda turizm üzrə marşrutlar qurulur, kadrlar hazırlanır. İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti