...

Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər ediblər

Turizm Materials 17 Sentyabr 2022 15:48 (UTC +04:00)
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər ediblər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,8 dəfə artaraq 983,0 min nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,2 dəfə artıb.

Ölkə vətəndaşlarının 48,0 faizi Türkiyəyə, 17,0 faizi Rusiya Federasiyasına, 11,4 faizi İrana, 8,4 faizi Gürcüstana, 15,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti