Bakı. Trend:
İngiltərədə qatarda baş verən bıçaqlı hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə Kembricşir Polisi məlumat yayıb.
Bildirilib ki, saat 19:39-da qatarda bıçaqlı insident barədə zəng daxil olub. Hadisə yerinə silahlı polis əməkdaşları göndərilib, qatar Huntingdon stansiyasında saxlanılıb və iki nəfər saxlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda Hantinqdon stansiyası bağlıdır, hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin detalları araşdırılır.
