Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/
Bakıda bir nəfər bıçaqlanaraq öldürülüb.
Nərimanov rayon prokrorluğundan cümə günü Trend-ə verilən məlumata görə, martın 14-də Atatürk prospekti "Elit" şadlıq sarayının qarşısında 1988-ci il təvəllüdlü Bağır İbrahimov naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Bağırov xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işi başlanıb.