...

Azərbaycan-Emənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2012 10:34 (UTC +04:00)
Azərbaycan-Emənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Azərbaycan-Emənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycan-Emənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 14-də saat saat 20:15-dən 20:20-dək, 20:37-dən 20:44-dək və 21:00-dan 21:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi, saat 21:00-dan 21:05-dək və 20:37-dən 20:42-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Əskipara və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Düşmən hərbiçilər dünən saat 12:40-dan 12:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18:45-dən 19:00-dək və 23:10-dan 23:24-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23:15-dən 23:30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 08:50-dən 08:55-dək, 09:55-dən 09:00-dək, 17:05-dən 17:15-dək, martın 15-də 01:45-dən 02:00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti