...

Romada Azərbaycandakı demokratik institutlarla bağlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 16 Fevral 2012 02:23 (UTC +04:00)
Beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu Roma şəhərində “Azərbaycanda demokratik institutlar və insan hüquqları” mövzusunda konfrans keçirib. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.
Romada Azərbaycandakı demokratik institutlarla bağlı konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 fevral / Trend /

Beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu Roma şəhərində "Azərbaycanda demokratik institutlar və insan hüquqları" mövzusunda konfrans keçirib. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Tədbiri BMİ-nin direktoru professor Ettore Qreko açmışdır. Daha sonra BMİ-nin direktor müavini xanım Natali Toççi, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza, Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) Cənubi Qafqaz üzrə layihə rəhbəri Laurens Şits və Azərbaycan Diplomatik Akademiyasının beynəlxalq əlaqələr fakültəsinin dekanı Anar Vəliyev çıxış etmiş, İngiltərədə yerləşən Sülh İmkanları təşkilatının (Conciliation Resources) Qafqaz üzrə layihə rəhbəri Mark Behrendt isə tədbirin aparıcısı olmuşdur.

Tədbir zamanı məruzəçilər tərəfindən ölkəmizin müstəqillik əldə etdiyi son iyirmi il ərzində demokratikləşmə və, əsas insan hüquq və azadlıqların təmini sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər barədə məlumat verilmiş və onların aradan qaldırılması imkanları ilə bağlı mülahizələr irəli sürülmüşdür. Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və mövzu ilə əlaqədar geniş müzakirələr aparılmışdır.

Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişdir.

Qeyd edilmiş konfrans BMİ-nin Azərbaycanla bağlı keçirməyi planlaşdırdığı silsilə tədbirlərin üçüncüsüdür. İl ərzində BMİ tərəfindən Azərbaycanla bağlı digər mövzuda konfransların keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti