...

Azərbaycanda internetdə şərəf və ləyaqəti qəsdən alçaldanlar həbs oluna bilər

Siyasət Materials 29 Aprel 2013 17:59 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Azərbaycan Prokurorluğu qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək həmin qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Azərbaycanda internetdə şərəf və ləyaqəti qəsdən alçaldanlar həbs oluna bilər

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Parlamenti "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Azərbaycan Prokurorluğu qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək həmin qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Qeyd edək ki, Milli Məclis Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələrinə dəyişikliklər edəcək.

Milli Məclisdən Trend-ə bildiriblər ki, qanuna edilən əlavə və dəyişikliklərə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti