Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Azərbaycan Respublikasının Birinci xanımı, millət vəkili , UNESCO və ISESCO-nun Azərbaycanda xoşməramlı səfiri Mehriban Əliyeva "Ana, Uşaq və Ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" ÜST-nin mükafatına layiq görülüb. Trend xəbər verir ki, bu barədə ÜST-nin sessiyasında iştirak edən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
Mükafat Mehriban Əliyevaya bu ilin may ayında Cenevrədə keçiriləcək 193 üzv -ölkənin qatılacağı Ümumdünya Səhiyyə Assambleyasında təqdim ediləcək.
Qeyd edək ki, ÜST mükafatlarına layiq görülənlər sırasında Bill Qeyts, Xose Antonio Sokrates, Maestra Qilermina Natera Rey, Tan Seyn, Nabil Kronfol da var.