...

Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik günü münasibətilə ölkədə 5 gün qeyri-iş günü olacaq

Cəmiyyət Materials 21 Noyabr 2011 13:01 (UTC +04:00)
Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik günü münasibətilə Azərbaycanda 5 gün qeyri-iş günü olacağı gözlənilir
Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik günü münasibətilə ölkədə 5 gün qeyri-iş günü olacaq

Azərbaycan, Bakı, 21 noyabr / Trend, müxbir M. Əliyev/

Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik günü münasibətilə Azərbaycanda 5 gün qeyri-iş günü olacağı gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin bu günlərdə qəbul edəcəyi qərarla Azərbaycanda 2011-ci il dekabrın 31-dən 2012-ci il yanvarın 5-nə kimi qeyri-iş günü olacaq.

Dekabrın 31-i Azərbaycanlıların Həmrəylik günü, yanvarın 1, 2-si Yeni il bayramı münasibətilə qeyri-iş günü elan olunacaq. Dekabrın 31-i və yanvarın 1-i şənbə, bazar günlərinə düşməsi ilə əlaqədar olaraq yanvarın 3-ü və 4-ü də qeyri-iş günü elan olunacaq.

Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.

Xəbər lenti

Xəbər lenti