...

Bakıda fevralın 8-i səhər rekord səviyyədə şaxta qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Fevral 2012 12:12 (UTC +04:00)
Azərbaycanda fevralın 8-i səhər rekord səviyyədə şaxta qeydə alınıb.
Bakıda fevralın 8-i səhər rekord səviyyədə şaxta qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir M.Əliyev/

Bakıda fevralın 8-i səhər rekord səviyyədə şaxta qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan çərşənbə günü Trend-ə bildirilib ki, fevralın 8-də səhər saat 6-7 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Fevralın 8-də gün ərzində güclü külək və şaxtalı hava şəraiti davam edəcək, şimal-qərb küləyi öz qüvvəsində qalacaq, arabir güclənəcək. Bu gün temperatur gündüz 4-6, axşam isə 10 dərəcəyədək şaxta gözlənilir.

Gün ərzində ölkənin rayonlarında da şaxtalı-qarlı hava şəraiti davam edəcək.

Bürodan bildirilib ki, fevralın 9-da Bakıda yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun fevralın 9-da gecə 8-13, gündüz isə 0-3 dərəcə şaxta olması ehtimalı var.

Azərbaycanın rayonlarında da sabah gündüz yağıntılarda qısamüddətli fasilə olacağı, temperaturun gündüz aran rayonlarında 0-5 dətəcə şaxta, dağlarda isə mənfi 12 dərəcə olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti