...

Korrupsiya cinayətində ittiham olunan sahə müvəkkili barəsindəki cinayət işinin istintaqı yekunlaşır

Cəmiyyət Materials 16 Fevral 2012 10:46 (UTC +04:00)
Korrupsiya cinayətinə görə həbs olunmuş sahə müvəkkili barəsindəki cinayət işinin istintaqı yekunlaşma ərəfəsindədir.
Korrupsiya cinayətində ittiham olunan sahə müvəkkili barəsindəki cinayət işinin istintaqı yekunlaşır

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir M.Əliyev/

Korrupsiya cinayətinə görə həbs olunmuş sahə müvəkkili barəsindəki cinayət işinin istintaqı yekunlaşma ərəfəsindədir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun barəsindəki cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb və istintaq yaxın günlərdə yekunlaşaraq baxılması üçün məhkəməyə göndəriləcək.

Bu il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti