...

Sabah Azərbaycanda havanın yağıntılı keçəcəyi gözlənilir

Cəmiyyət Materials 4 Mart 2012 11:48 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Sabah Azərbaycanda havanın yağıntılı  keçəcəyi gözlənilir

Azərbaycan, Bakı, 4 mart / Trend müxbir E.Mehdiyev/

Sabah Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, martın 4-dən 5-nə keçən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Günün ikinci yarısında əsasən yağmursuz. Şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Martın 5-də ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 3° dək isti. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti