Poroşenko: Ukrayna ABŞ-dan öldürücü silahlar alacaq

3 Yanvar 2018 11:19 (UTC+04:00)

Bakı. Trend:

Ukrayna ABŞ-dan öldürücü silahlar alacaq.

Trend-in məlumatına görə, bunu Ukrayna Prezidenti Petro Poroşenko deyib.

O, "Twitter" səhifəsində yazıb: "2018-ci ildə ABŞ-dan öldürücü müdafiə silahı alacağıq".

Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ştatların Dövlət Departamentindən Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün müdafiə silahlarının tədarük edilməsi barədə qərar qəbul etdiklərini bildirmişdilər.