...

Politoloq: Ermənistan uduzduğunu artıq anlayır (VIDEO)

Nəzər nöqtəsi Materials 21 Aprel 2016 11:29 (UTC +04:00)
“Cəbhə xəttində baş verən son hadisələrdən sonra Avropa anladı ki, Dağlıq Qarabağ münaqişəsi Kosova, Somali və digər münaqişələrdən fərqli olaraq közərən münaqişə deyil”.
Politoloq: Ermənistan uduzduğunu artıq anlayır (VIDEO)

Bakı. Trend:

"Cəbhə xəttində baş verən son hadisələrdən sonra Avropa anladı ki, Dağlıq Qarabağ münaqişəsi Kosova, Somali və digər münaqişələrdən fərqli olaraq közərən münaqişə deyil".

Bunu Milli.az portalının baş redaktorunun müavini, politoloq Elçin Alıoğlu "Baku Network" ekspert qrupunun cəbhə xəttində baş verən hadisələrdən sonra yaranmış yeni diplomatik və siyasi vəziyyətə dair müzakirələrində deyib.

Onun sözlərinə görə, Avropa anladı ki, Dağlıq Qarabağ münaqişəsi artıq bir vulkandır və hər an partlaya bilər və bu parlayışın siyasi lavasında Avropanın qurmaq istədiyi ümumavropa evi, Şərq Tərəfdaşlığı proqramı və Avropanın postsovet ölkələri ilə qurmaq istədiyi proqramların hamısı uğursuzluğa düçar ola bilər.

E.Alıoğlu vurğulayıb ki, son hadisələrin nəticələri Azərbaycan üçün çox yaxşı oldu: "Burada ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin lokal münaqişə səviyyəsindən çıxması oldu. Eyni zamanda biz bütün dünyaya göstərdik ki, bu müharibədə xalqımızın gələcəyi həll olunduğu üçün biz zərrə qədər geri çəkilən deyilik və lazım gələrsə, bir yox, bir neçə düşmənə qarşı mübarizə aparacağıq. Bütün dünya gördü ki, Azərbaycan xalqı qələbə əzmindədir və Ali Baş Komandanın yanındadır".

Onun sözlərinə görə, Ermənistan uduzduğunu artıq anlayır: "Uduzmağın əsas səbəbi təkcə hərbi məğlubiyyət deyil. Azərbaycan siyasi məsələdə də Ermənistana qalib gəldi. Artıq Dağlıq Qarabağ tarixin rəfində qalaraq tozlanmış münaqişə deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti