...

Ekspert: "Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşması Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək"

Nəzər nöqtəsi Materials 28 İyun 2016 13:41 (UTC +04:00)
Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsir edəcək.
Ekspert: "Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşması Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək"

Bakı. Trend:

Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsir edəcək. Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya Dağlıq Qarabağ məsələsində yanaşmalarını razılaşdırmalıdırlar: "Rusiyanın yanaşması Azərbaycan üçün faydalıdır. Rusiya yüksək səviyyədə görüş təşkil etməklə danışıqlar prosesini aktivləşdirib. Bu istiqamətdə müsbət nəticələr gözləyirik".

E.Ələsgərov qeyd edib ki, Türkiyə-Rusiya əlaqələrində gərginlik erməni təbliğatının xeyrinə olub.

Ekspert əlavə edib ki, iki ölkənin yaxınlaşması iqtisadi baxımdan müsbət addımdır: "Bu, Azərbaycanın iştirak etdiyi və maraqlı olduğu enerji layihələrinə müsbət təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti