...

Komitə sədri: Az təhsilli qadınlar daha çox zorakılığa məruz qalırlar

Nəzər nöqtəsi Materials 25 Oktyabr 2016 10:54 (UTC +04:00)
Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar.
Komitə sədri: Az təhsilli qadınlar daha çox zorakılığa məruz qalırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib.

H.Hüseynova bildirib ki, belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər.

Komitə sədri əlavə edib ki, hazırda bütün yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: "Təəssüf ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlirik. Xüsusilə hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi vacibdir".

H.Hüseynova qeyd edib ki, dövlətin əsas prioritetlərindən biri qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır.

Komitə sədrinin sözlərinə görə, bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Onun fikrincə, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti