...

Deputat: Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir

Nəzər nöqtəsi Materials 12 Yanvar 2017 09:18 (UTC +04:00)
Bu gün dünyanın demək olar ki, rahat gediləsi ölkəsi çox az qalıb.
Deputat: Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir

Bakı. Elçin Mehdiyev - Trend:

“Bu gün dünyanın demək olar ki, rahat gediləsi ölkəsi çox az qalıb. İstər yaxın, istərsə də uzaq ölkələrdə insanların axşam sağ-salamat evə dönəcəyinə inamı yoxdur”.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycanda isə tamamilə fərqli bir şərait var: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib. Bunu etibarlı edən eyni zamanda xalqımızın daim hakimiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafı ilə bağlıdır”.

M.Qasımlı deyib ki, Azərbaycan vətəndaşları daim dövlətin güclü olmasına və ictimai sabitliyin qorunmasına çalışmalıdır:

“Sabitlik və dövlətimizin güclü olması ilk növbədə Azərbaycan vətəndaşlarının xeyrinədir. Çünki sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerdə inkişaf, tərəqqi və xeyir-bərəkət də olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti