...

Səfir: İranlı siyasətçilərin Türkiyəyə getməmək çağırışları qəbulolunmazdır

Nəzər nöqtəsi Materials 13 Mart 2017 14:34 (UTC +04:00)
Bir sıra İran siyasətçilərinin ölkə vətəndaşlarına Novruz bayramı günlərində Türkiyəyə istirahətə getməmələri barədə çağırışları dostluq və mehriban qonşuluq ruhuna cavab vermir
Səfir: İranlı siyasətçilərin Türkiyəyə getməmək çağırışları qəbulolunmazdır

Bakı. Orxan Quluzadə - Trend:

Bir sıra İran siyasətçilərinin ölkə vətəndaşlarına Novruz bayramı günlərində Türkiyəyə istirahətə getməmələri barədə çağırışları dostluq və mehriban qonşuluq ruhuna cavab vermir.

Trend-in məlumatına görə, bunu Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin deyib.

O vurğulayıb ki, hər bir kəs harada istirahət edəcəyini özü seçməlidir: “Biz İran hökumətindən Türkiyəyə turist axınını təşviq etməsini gözləmirik. Amma Türkiyəyə gəlmək istəyənlərin də qarşısını almaq düzgün deyil. Türkiyəni qaralamaq, burada istirahət etmək istəyənlərə maneə törətmək qəbul olunmazdır”.

Səfirin sözlərinə görə, Türkiyədə istirahəti tənqid edənlər arasında turizm sahəsində tendensiyalarla bağlı narahat olan bir sıra İran rəsmiləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti