...

Deputat: Respublika müşavirəsində İlham Əliyevin çıxışı pambıqçılığın inkişafına çox böyük təkan verəcək

Nəzər nöqtəsi Materials 30 Mart 2017 10:19 (UTC +04:00)
Pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keçirilmiş respublika müşavirəsi və müşavirədə Prezident İlham Əliyevin çıxışı ölkədə pambıqçılığın inkişafına çox böyük təkan verəcək.
Deputat: Respublika müşavirəsində İlham Əliyevin çıxışı pambıqçılığın inkişafına çox böyük təkan verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keçirilmiş respublika müşavirəsi və müşavirədə Prezident İlham Əliyevin çıxışı ölkədə pambıqçılığın inkişafına çox böyük təkan verəcək. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident müşavirədə pambıqçılıq sahəsində qazanılan nailiyyətləri təhlil etdi, həm də qarşıda duran vəzifələri müəyyən etdi.

Deputat qeyd edib ki, Azərbaycan iqtisadiyyatında pambıqçılıq mühüm yer tutur: “Pambıqçılıq sahəsində məhsuldarlığın artırılmasına diqqət yetirilməli, bu sahə inkişaf etdirilməlidir. Pambıqçılıq iqtisadi sahə olmaqla yanaşı, həm də minlərlə insanın iş yeridir. Pambıq eyni zamanda, ölkəyə valyuta gətirən məhsuldur”.

T.Rzayev vurğulayıb ki, Azərbaycanda pambıqçılığın inkişafı üçün yaxşı potensial var: “Suvarma texnologiyaları yaxşılaşdırılıb, ölkədə sahibkarlığa şərait yaradılıb, texnika gətirilib, gübrələr və toxumların gətiriliməsində və digər məsələlərdə sahibkarlara köməklik göstərilir”.

Deputat qeyd edib ki, pambıqçılığın inkişafı digər sahələrin də inkişafına təkandır: “Pambıqçılığın inkişafı toxuculuq, emal sənayesinin inkişafı, digər fabriklərin yaradılması və inkişaf etdirilməsinə zəmin yaradır. Artıq Azərbaycanda bu istiqamətdə işlərə başlanılıb. Ölkədə yeni müəssisələr tikilir. Bu müəssisələrdə minlərlə insan yeni iş yerləri ilə təmin ediləcək. Bütün bunlar isə ölkədə sosial rifahın inkişafına təkan olacaq”.

Qeyd edək ki, martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkədə pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən işlər, bu sahəyə dövlət dəstəyinin artırılması, eyni zamanda, kənd təsərrüfatı, sənaye, üzümçülük və digər sahələrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə bağlı konkret təkliflər irəli sürüb.

Dövlət başçısı müşavirədə həmçinin, yeni müəssisələrin yaradılması və bunun davamı olaraq, ölkədə yeni iş yerlərinin açılmasının daha da sürətləndirilməsi ilə də bağlı konkret təkliflər açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti