...

Anar Kərimov: Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir

Nəzər nöqtəsi Materials 4 May 2017 10:35 (UTC +04:00)
4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir.
Anar Kərimov: Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir

Bakı. Elçin Mehdiyev – Trend:

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov forum çərçivəsində YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısında deyib.

O qeyd edib ki, Bakı prosesi dünyanı narahat edən məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib: “Burada bir çox ölkələrinin siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və həyatımıza təsir edən məsələlər ətrafında fikir mübadiləsi aparır, problemlərin həlli yollarını axtarırlar”.

A.Kərimov bildirib ki, Azərbaycan həmişə dünyada mədəniyyətərarası dialoqun inkişafına böyük töhfə verir və növbəti forumun keçirilməsi Azərbaycanın bu prosesə sadiqliyini aydın şəkildə nümayiş etdirir.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti