...

Bəxtiyar Sadıqov: Azərbaycanın reytinqdə yüksəlməsi Prezidentin apardığı düzgün siyasətin nəticəsidir

Nəzər nöqtəsi Materials 27 Sentyabr 2017 17:01 (UTC +04:00)
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycan prezidentinin apardığı düzgün və düşünülmüş siyasətinin nəticəsidir.
Bəxtiyar Sadıqov: Azərbaycanın reytinqdə yüksəlməsi Prezidentin apardığı düzgün siyasətin nəticəsidir

Bakı. Samir Əli - Trend:

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycan Prezidentinin apardığı düzgün və düşünülmüş siyasətin nəticəsidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, bu göstərici dünyada iqtisadi böhranın baş verdiyi bir ərəfədə Azərbaycan iqtisadiyyatının heç bir maneəyə baxmadan sürətlə inkişafından xəbər verir: "Dünyanın iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir vaxtda Azərbaycan nəinki öz iqtisadi göstəricilərini qoruyub saxlayır, hətta aparılan islahatlar, Prezident İlham Əliyevin uzaqgörən, məntiqli siyasəti nəticəsində bu göstəricilər daha da yaxşılaşır. Beynəlxalq qurumlar da Azərbaycanın bu dövrdə qazandığı uğurları rəqəmlərin dili ilə bir daha əks etdirir".

B.Sadıqovun sözlərinə görə, Azərbaycanın reytinqdə yüksəlməsi onu göstərir ki, ölkənin inkişaf modeli düzgün qurulub:

"Azərbaycanın iqtisadiyyatı möhkəm təməl üzərində olduğundan hər cür sınaqlardan uğurla çıxmağa qadirdir. Ən başlıcası isə bu iqtisadiyyat, bu inkişaf xalqın rifahının yüksəlməsinə xidmət edir, daim xalq tərəfindən dəstəklənir. Prezidentin verdiyi tapşırıqlar xalqın dəstəyi və köməyi ilə uğurla yerinə yetirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti