• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Nəzər nöqtəsi

Deputat: Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir

29 Sentyabr 2017 14:38 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Samir Əli - Trend:

Türkiyə dövləti bir qrup vətəndaşının Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Q.Paşayeva deyib.

Millət vəkili bidirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb: "Ufuq Urasın, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğal altında qalan Xankəndinə gedərək separatçı rejimin nümayəndələri ilə görüşmələri açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir. Onların işğalçılara bu formada dəstək vermələrinin səbəbləri ciddi şəkildə araşdırılmalı və Türkiyə dövləti tərəfindən bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir. Ufuq Urasın erməni sevgisinin tarixi kökləri, irsi bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq davamlı şəkildə ermənilərə dəstək verməsi təsadüfi ola bilməz”.

Q.Paşayeva bildirib ki, Türkiyəyə səfəri zamanı ölkə rəsmiləri ilə görüşlərində bu məsələni diqqətə çatdırıb və Azərbaycan xalqının ciddi narahatlığından danışıb.

O bildirib ki, bu, ilk növbədə Türkiyə-Azərbaycan münasibətləri, iki ölkə arasındakı strateji əməkdaşlığa mənfi təsirini göstərir: “Ufuq Uras dəfələrlə Ermənistana səfərlər edərək qondarma erməni soyqırımı abidəsini ziyarət edib. O, hər zaman Türkiyə və Azərbaycan əleyhinə addımlar atıb. Türkiyə hökuməti erməni soyqırımı məsələsinin uydurma, yalan olduğunu bəyan edib. Özünü türk adlandıran bu şəxs isə, əksinə “soyqırım abidəsini” ziyarət etməklə öz dövlətinin maraqlarına qarşı çıxıb. Bu adam hər zaman Türkiyə və Azərbaycanın maraqlarına zidd addımları, açıqlamaları ilə gündəmə gəlib. Ufuq Uras Türkiyənin Dağlıq Qarabağa görə Ermənistanla sərhədlərini bağlaması faktı ilə barışmayıb. Onun bu cür çıxışlarını qəti şəkildə qınayır və təəssüf edirik. Türkiyə və Azərbaycan ictimaiyyəti, media, QHT-lər və digər təşkilatlar Ufuq Urasın bu addımına qarşı etiraz səsini qaldırmalıdır. Türkiyə dövləti vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfərləri ilə bağlı ciddi tədbirlər görməlidir”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Qənirə Paşayeva
Azernews Newspaper
Digər xəbərlər
Millət vəkili Qənirə Paşayeva BSU-da 31 Mart soyqırımı ilə bağlı çıxış edib (FOTO)
Siyasət 31 Mart 14:36
Azərbaycan millət vəkilinə Kastamonu Universitetinin Fəxri Doktorluğu verilib (FOTO)
Cəmiyyət 27 Fevral 17:54
Millət vəkili Qənirə Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış edib (FOTO)
Cəmiyyət 25 Fevral 19:14
Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 21 Fevral 12:10
Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı salınacaq (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 17 Fevral 17:20
Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 16 Fevral 11:54
Qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılması təklif edilir
Cəmiyyət 30 Yanvar 12:57
Azərbaycan AŞ PA-nı ikili standartlardan əl çəkməyə çağırıb (YENİLƏNİB)
Siyasət 26 Yanvar 15:29
Azərbaycanın AŞ PA-da nümayəndəsi: "Zeytun budağı" Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək məqsədini daşıyır
Siyasət 24 Yanvar 22:32
Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının açılması təkliflərinə baxılacaq (FOTO)
Cəmiyyət 21 Yanvar 21:42
Deputat: 20 Yanvar şəhidlərini hər zaman sevgi ilə yad edəcəyik (FOTO)
Siyasət 20 Yanvar 17:53
Qənirə Paşayeva Belçika, Yunanıstan və Portuqaliyanın tanınmış qadın təşkilat rəhbərləri ilə Dağlıq Qarabağ münaqişəsindən danışıb (FOTO)
Cəmiyyət 16 Yanvar 23:17
Qənirə Paşayeva Seneqal, Sudan, Mozambik və Namibiyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb (FOTO)
Cəmiyyət 7 Yanvar 00:28
Qənirə Paşayeva Burundi, Çad, Qabon və Qambiyanın tanınınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb (FOTO)
Cəmiyyət 1 Yanvar 13:33
Azərbaycan deputatı Tailandın ictimai xadimlərini, QHT rəhbərlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb
Dağlıq Qarabağ Münaqişəsi 31 Dekabr 2017 13:59
Deputat xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili ilə bağlı TV-də verilişlərin açılmasını təklif edib
Cəmiyyət 29 Dekabr 2017 20:45
Qaziantepdə "Türk dünyası, Azərbaycan-Türkiyə birliyi və Qarabağ problemi" mövzusunda konfrans keçirilib (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 24 Dekabr 2017 17:02
Misir parlamenti üzvləri ilə Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 18 Dekabr 2017 11:00
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter