...

Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Nəzər nöqtəsi Materials 15 Fevral 2019 18:53 (UTC +04:00)
Ermənistanda hakimiyyət dəyişikliyində iştirak etmiş fəalların keçirdiyi Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar Yerevanın Moskvaya münasibətdə bədxahlığının təzahürü kimi qiymətləndirmək lazımdır
Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistanda hakimiyyət dəyişikliyində iştirak etmiş fəalların Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı keçirdiyi kursları Yerevanın Moskvaya münasibətdə bədxahlığının təzahürü kimi qiymətləndirmək lazımdır.

Bunu Trend-ə Yerevanda ABŞ maliyyəsi ilə dörd gün ərzində keçirilmiş “Rusiyada necə inqilab etməli?” kurslarını şərh edən rusiyalı ekspert Andrey İvanov deyib.

Ekspertin fikrincə, Ermənistandakı bu kurslar Rusiyadakı siyasi vəziyyətə heç cür təsir edə bilməz:

“Kiçik Ermənistanı Rusiya Federasiyası ilə müqayisə etmək olmaz. Ermənistanda hakimiyyəti dəyişmək üçün paytaxtın mərkəzində bir neçə küçəni bağlamaq kifayət etdi. Rusiyada bu ssenarini həyata keçirmək mümkün deyil”.

Ekspert bildirib ki, rusiyalı müxaliflər üçün seminarları ABŞ strukturları maliyyələşdirir və onlar Rusiyada vəziyyətin destabilizasiyasında maraqlıdır:

“Bu cür seminarlar keçirmək və qrantlar almaq istəyənlərin sayı çoxdur. Erməni politoloqlar da qərara gəldilər ki, ABŞ-ın digər ölkələrdə çevrilişlərə marağından istifadə edərək pul qazanmağın vaxtıdır. Yəni ki, bizdən başqa heç kim rusiyalı müxalifləri buna hazırlaya bilməz. Vaşinqtonda buna inandılar. Amma başa düşmək lazımdır ki, istənilən hakimiyyətin sabitliyi cəmiyyətin tələblərini duymaqdan asılıdır. Heç bir seminar, xarici maliyyələşmə xalq narazılığını körükləyə bilməz”.

A.İvanov əlavə edib ki, Ermənistanda rusiyalı fəallar üçün seminarın keçirilməsinə hiyləgər erməni xadimlərin pul qazanmaq istəyi kimi yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti