...

Bakıda "Eurovision 2012"-nin keçiriləcəyi müddət üçün hotellərə yerlərin bronlaşdırılmasını dayandırmaq tövsiyə olunur

Eurovision-2012 Materials 14 İyul 2011 17:22 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi bütün mehmanxanalara Bakıda "Eurovision 2012"-nin keçiriləcəyi müddət üçün yerlərin satışını dayandırmağı tövsiyə edib.
Bakıda "Eurovision 2012"-nin keçiriləcəyi müddət üçün hotellərə yerlərin bronlaşdırılmasını dayandırmaq tövsiyə olunur

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün mehmanxanalara Bakıda "Eurovision 2012" müsabiqəsinin keçiriləcəyi müddət üçün yerlərin bronlaşdırılmasını dayandırmağı tövsiyə edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Biz ilk növbədə işimizi müəyyənləşdirməliyik və qonaqlarımızı yerləşdirməliyik. Artıq turizm şirkətləri indidən satış işlərini düzgün qurmalıdırlar. Biz isə onlara lazımi kömək göstərəcəyik ki, qiymətlər qalxmasın", - nazir deyib.

Qarayevin sözlərinə görə, hotellərdə xidmət səviyyəsinin yüksək olması hər bir kəsdən asılıdır. "Dövlət bununla bağlı müəyyən tədbirlər görsə də, yerlərdə turizm xidmətlərini göstərən işçilər də öz xidmətlərinin səviyyəsini yüksəltmək üçün lazımi işlər görməlidirlər. Bunun üçün yerlərdəki turizm şirkətlərinin işçiləri treninqlərə cəlb edilməlidir", - o deyib.

Nazir həmçinin qeyd edib ki, səviyyənin yüksəldilməsi yalnız turizm xidmətləri ilə bağlı olan məsələ deyil. "Hər birimiz öz qonaqpərvərliyimizi göstərməliyik ki, üzüağ çıxaq", - Qarayev deyib.

Xəbər lenti

Xəbər lenti