...

Ukrayna XİN-i bütün xarici seçki məntəqələrində seçicilərin siyahısının formalaşdırılımasını başa çatdırıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2007 17:00 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Xarici İşlər Nazirliyinin işçi qrupu bütün 115 xarici seçki məntəqəsində seçicilərin siyahısının formalaşdırılmasını başa çatdırıb, bu barədə cümə günü Ukrayna XİN-in mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Seçicilərin siyahısına Ukrayanın 420 617 vətəndaşı daxil edilib. Göstərilən siyahılar, onların gələcəkdə xarici seçki komissiyalarına ötürülməsi məqsədilə, Ukraynanın xarici konsulluqları və nümayəndəliklərinə ötürülüb, mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Ukraynanın Ali Radasına vaxtından əvvəl keçirilən seçkilər 2007-ci il sentyabrın 30-na təyin olunub.

Xəbər lenti

Xəbər lenti