...

Bəhreyn Raket Əleyhinə Müdafiə Sistemi yaradır

Dünya xəbərləri Materials 6 Oktyabr 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ Bəhreyn rəsmiləri ölkəni Iran-ABŞ arasında ehtimal olunan müharibədə raket hücumlarından qorumaq məqsədilə Raket Əleyhinə Müdafiə Sistemi (RƏMS) qurulacağı barədə bildirib .

İranın İSNA agentliyinin verdiyi məlumata əsasən, Bəhreyn RƏMS yaradılmasının İranın nüvə fəaliyyətləri ilə əlaqədar olmadığını bildirib. Bəhreyn Parlamentinin Təhlükəsizlik Şurası və Müdafiə üzrə Xarici Əlaqələr Komitəsinin rəhbəri şeyx Adel əl-Məuda bildirib ki, RƏMS-in qurulması milli təhlükəsizlik məqsədi daşıyır və İranın əleyhinə deyil. əl-Məuda əlavə edib ki, bu plan ölkənin ABŞ-İran arasında ehtimal olunan hücumundan qorunması məqsədilə düşünülüb.

Amerikanin Hərbi Dəniz Qüvvələrinin 5-ci hərbi gəmisi hazırda Bəhreyndə yerləşir. Bəhreyn RƏMS-in qurulması üçün 43.6 milyon dollar vəsait ayırıb və sistemin qurulması "Lakhid Martin" hərbi şirkətinə tapşırılıb. Qurulacaq RƏMS atılmış çox sayda raketi eyni zamanda zərərləşdirmək qabiliyyətinə malik olacaq.

Xəbər lenti

Xəbər lenti