...

Iran iqtisadi eksperti: "İranda inflyasiyanın səbəbi iqtisadiyyata buraxılmış iri miqdarda vəsaitdir"

Dünya xəbərləri Materials 22 Oktyabr 2007 15:59 (UTC +04:00)
Iran iqtisadi eksperti: "İranda inflyasiyanın səbəbi iqtisadiyyata buraxılmış iri miqdarda vəsaitdir"

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ İranda inflyasiyanın kəskin şəkildə qalxması, ölkədə neft gəlirlərinin əksər hissəsinin iqtisadiyyata yonəlməsinin nəticəsidir. "İranda inflyasiyanın səbəbi iqtisadiyyata buraxılmış iri miqdarda vəsaitdir"-deyə İranın iqtisadi eksperti Bijən Bidabad(Bijan Bidabad) bildirib.

İranın "Fars" agentliyinin oktyabr əvvəllərində verdiyi məlumata əsasən, ölkədə 2007-ci ildə iqtisadiyyata yönəlmiş vəsaitin həcmi 150 milyard dollardan çoxdur. İranın Mərkəzi Bankının statistikasına əsasən, son iki ildə iqtisadiyyata ayrılmış vəsaitlərin 100 faiz, inflyasiyanın isə 15,8% artımı müşahidə olunur.

Bidabadi bazar ertəsi Tehrandan telefonla Trend ə bildirib ki, İranda düzgün olmayan iqtisadi siyasət nəticəsində, iqtisadiyyata ayrılmış vəsaitlər nəzərə alınmayıb. "İranda sələmsiz bank fəaliyyəti haqqında qanunun tətbiqi və İran Mərkəzi Bankının pul dövriyyəsinə nəzarət edə bilməməsi ucbatından inflyasiyanın tənzimlənməsi mümkün olmayıb"-deyə, iqtisadi ekspert bildirib.

İranda sələmsiz bank fəaliyyəti haqqında qanun 1981-ci ildə, dini qanunlar əsasında, parlament tərəfindən təsdiq olunub və bankların sələmçiliklə məşğul olmasına qadağa qoyulub.

Bidabadinin fikrincə, İranda bəzi maliyyə təşkilatlarının fəaliyyəti və Mərkəzi bankın nəzarətində olmayan xəzinələr, inflyasiyanın artmasında əsas rol oynadılar. Bu təşkilatların maliyyə vasitəçiliyilə məşğul olması, ölkənin iqtisadi sisteminə zərər vurur.

"İrana qarşı BMT Təhlükəsizlik Şurasının iki qətnaməsi, hələlik inflyasiyanın artmasına səbəb olmayıb. Lakin, gələcəkdə, öz təsirlərini buraxacaq və İranın iqtisadi fəaliyyətində əngəl yaradacaq-deyə, Bidabad bildirib.

Xəbər lenti

Xəbər lenti