...

Oktyabrın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən Ermənistana səfər edəcəklər

Dünya xəbərləri Materials 25 Oktyabr 2007 17:34 (UTC +04:00)

Oktyabrın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən Ermənistana səfər edəcəklər. Həmsədrlərin Ermənistana öncəki səfəri oktyabrın 24-də baş tutub. Hazırda həmsədrlər Bakıda səfərdədirlər, oktyabrın 27-də isə, Azərbaycana səfərlərinin yekunları barədə Ermənistan tərəfinə məlumat vermək niyyətindədir. "Armenpress"in verdiyi məlumatda belə deyilir.

Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın bu gün mətbuat konfransında verdiyi məlumata görə, həmsədrlər Ermənistan və Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsinə qədər tərəflərin mövqelərini yaxınlaşdırmaq və müsbət nəticələrə nail olmaq məqsədilə, fəaliyyətlərini aktivləşdirmək niyyətindədirlər. "Razılaşdırılmış məsələlərələ yanaşı, razılaşdırılmamış məsələlər də mövcuddur. Həmsədrlər də razılaşdırılmamış məsələlərə daha çox diqqət ayırırlar" - deyə Oskanyan bildirib.

Xəbər lenti

Xəbər lenti