...

Rəsmi Tehran Londonda İranın tarixi abidəsinin satılmasına etiraz edir

Dünya xəbərləri Materials 27 Oktyabr 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ Rəsmi Tehran London hərracından İranın tarixi abidəsinin satışına etiraz edir. İranın "Farsnews" agentliyini yaydığı məlumata əsasən, İranın turizm və mədəniyyət təşkilatının sədri İsfəndyar Rəhimməşayi (Esfandiar Rahimmasaai) oktyabrın 26-da bildirib ki, Londonda satılmış Əhaməni dövrünün abidəsi İrana qaytarılmalıdır. Əks təqdirdə, İran bu abidəni satan şəxsdən şikayət edəcək.

Bu abidə İranın sələfi Əhəmənilər sülaləsi dövrünə ayid olan əsgər heykəlinin başından ibarətdir. Adı çəkilən abidə, qanunsuz olaraq İrandan çıxarılmış və 2005-ci ildə Londonda aşkarlanmışdır. İran hakimiyyətinin şikayətinə baxmayaraq, bu abidə İrana qaytarılmayıb.

Bu abidə, oktyabrın 25-də Londonda 580500 funt-sterlinqə satılıb.

Xəbər lenti

Xəbər lenti