...

Ermənistanın eks prezidenti AŞPA nümayəndəsi ilə ölkədəki daxili siyasi prosesləri müzakirə edib

Dünya xəbərləri Materials 4 Dekabr 2007 13:35 (UTC +04:00)

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bu yaxınlarda AŞPA-nın Monitorinq Komissiyasının məruzəçisi Corc Kolombye və Komissiyanın katibi Despina Çasivasiliu ilə görüşüb.

Ter-Petrosyanın namizədliyinin Ermənistanın başçısı postuna irəli sürülməsi üzrə vətəndaş təşəbbüsü ofisindən çərşənbə axşamı "ARKA" agentliyinə verilən məlumata görə, görüş zamanı Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, respublikada yaranmış siyasi vəziyyət, eləcə də 2008-ci ildə Ermənistanda keçiriləcək prezident seçkiləri müzakirə olunub.

Həmsöhbətlər ölkənin Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı eks prezidentin və bir sıra siyasi xadimlərin təkliflərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə Avropa Şurası baş katibinin Ermənistandakı xüsusi nümayəndəsi Boyana Urumova və Ermənistanın keçmiş xarici işlər naziri (1996-1998-ci illər) Aleksandr Arzumanyan da iştirak edib.

Xəbər lenti

Xəbər lenti