...

Gürcüstan leyboristləri azərbaycanlı iş adamına minnətdarlıq ediblər

Dünya xəbərləri Materials 7 Dekabr 2007 17:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Leyborist Partiyası Azərbaycan mənşəli Gürcüstan vətəndaşına, partiyanın fonduna 5 min lari məbğəlində vəsait daxil etdiyi üçün təşəkkür edir. Bu barədə partiyanın liderlərindən biri- Paata Cibladze bu gün keçirilən brifinqdə bildirib.

"Azərbaycanlı olan həmvətənimiz Qurbanov bizim fonda böyük məbləğdə vəsait köçürüb, lakin gürcü iş adamları bu günədər bizim əməkçi partiyamıza, nəticədə isə, xalqa yardım etmək istəmirlər" - deyə Cibladze bildirib.

Cibladze Qurbanovdan partiyanın ofisinə gəlməyi xahiş edib və partiyanın ofisində iş adamına, rəsmi olaraq, minnətdarlıq bildiriləcək.

"Bizə yardım etməkdən qorxan iş adamlarını prezident seçkisində namizədimiz Şalva Natelaşvilinin qalib gəlməsi üçün bizə yardım etməyə çağırırıq" - deyə Cibladze bildirib.

Xəbər lenti

Xəbər lenti