...

ABŞ, Azərbaycan və Türkiyə üçtərəfli strateji tərəfdaşlıq yarada bilərlər - ABŞ dövlət katibinin müavini

Dünya xəbərləri Materials 11 Dekabr 2007 04:59 (UTC +04:00)
ABŞ, Azərbaycan və Türkiyə üçtərəfli strateji tərəfdaşlıq yarada bilərlər - ABŞ dövlət katibinin müavini

ABŞ, Azərbaycan və Türkiyə üçtərəfli strateji tərəfdaşlıq yarada bilərlər. Lakin bununla belə ABŞ Rusiyanın bu bölgədəki maraqlarına qarşı çıxmaq niyyətində deyil. Bu sözləri bazar ertəsi Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Deniel Frid deyib.

"Rusiya bu bölgədə aparıcı faktor olaraq qalacaq. ABŞ üçün Rusiyaya qarşı çıxmaq qeyri-müdrik və mümkünsüz olardı" - deyə Frid ABŞ, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıqla bağlı beynəlxalq konfransda çıxış edərkən bildirib.

"Bizə görə açıq regionda bütün dövlətlər üçün yer var. Məqsəd onların Orta Asiya və Cənubi Qafqazla qarşılıqlı əlaqələrini inkişaf etdirə bilməsidir. Bu region özünün müstəqillik və suverenlik yolunu axtarmaqdadır" - deyə amerikalı diplomat vurğulayıb.

"Biz üçümüz - ABŞ, Azərbaycan və Türkiyə üçtərəfli strateji tərəfdaşlıq yarada bilərik. Bu tərəfdaşlıq hamımıza və bütövlükdə region üçün sərfəli olacaq" - deyə Frid qeyd edib. ( RİA "Novosti" )

Xəbər lenti

Xəbər lenti