...

Saakaşvili Okuraşvilini müdafiə naziri təyin etdikdə böyük səhfə yol verdiyini etiraf edib

Dünya xəbərləri Materials 28 Dekabr 2007 08:13 (UTC +04:00)
Saakaşvili Okuraşvilini müdafiə naziri təyin etdikdə böyük səhfə yol verdiyini etiraf edib

Gürcüstanda prezidentliyə namizəd Mixail Saakaşvili etiraf edib ki, prezident olarkən ən böyük səhfi Okuraşvilini müdafiə naziri təyin etməsi olub. "Mənim ən böyük səhfim Okuraşvili olub", - bunu cümə axşamı "Rustavi-2" telekanalında tok-şouda çıxış edərkən Saakaşvili deyib. Bu sözlər zalda oturanların böyük alqışına səbəb olub. Saakaşvili heç bir zaman kadr siyasətində səhflərini etiraf etmirdi.

Seçkilərdə qalib gəldiyi zaman yeni komandası barədə danışan Saakaşvili deyib ki, hökümətdə ciddi dəişikliklər olacaq.

"Əgər 2004-cü ildə mənim əhatəmdə olan insanlar "qızal gül inqılabında" mənim yanımda olanlarıydisa, bu dəfə bacarıqlı, peşəkar komanda olacaq. Mənim yeni hökümətim yoxsulzluğun, təzə iş yerlərinin açılmasına və işsizdiyin aradan qaldırmasına çalışacaq", - deyə o vurğulayıb.

Dövlət quruculuq siyasətini Saakaşvili öz prezidentlik illərində - 2004-2007 ən böyük uğuru adlandırıb.

"Bizim, hökümət olaraq və xalqımızın əsas uğurlarından biri odur ki, biz gürcüstan dövlətini yaratmışıq", - deyə o vurğuladı.

2007-ci ilin sentyabr ayında Okuraşvili müdafiə naziri vəzifəsindən istefaya gedəndə, Saakaşvilini biznes-laihələrin bağlanması zamanı ailəsinin maraqlarından iştrak etdiyini bildirmişdir. Saakaşviliyə yaxın olan Okuraşvili keçmiş baş nazir Zurab Jvanianın ölümüynən bağlı rəsmi bəyanatı şübhə altına qoydu.

Bu bəyanatlar səsləndirdikdə bir qədər sonra Okuraşvili baş prokurorluq tərəfindən həbs olundu. Onu vəzifə səlahiyətlərinin aşmasında, çirkli pulların yuyulmasında və biganəlikdə gunahlandırdılar. $6,5 mln. verərk Okuraşvili məhkəməyə qədər buraxılmışdır və elə bundan sonra Almaniyaya qaçmışdır. Məhkəməyə gəlməməsi onun beynalxalq axtarışa verilməsinə səbəb oldu. Berlin polisi Okuraşvilini həbs edib və onun ekstradisiyası ilə bağlı sənədləri gözləyir.

Növbədənkənar seçkilər Gürcüstanda 5 yanvar 2008-ci ildə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti