...

FƏTH-in elitası Maruan Barqutinin azad edilməsinin əleyhinədir

Dünya xəbərləri Materials 4 Fevral 2008 19:59 (UTC +04:00)

FƏTH rəhbərliyi "Tənzim"-in başçısı Maruan Barqutinin müzakirə edilən məhbuslar siyahısından çıxarılması xahişi ilə İsrail ordusunun əsrilikdə olan yefreytoru Qilad Şalitin fələstinli məhbuslara dəyişdirilməsi sazişində İsrail və HƏMAS arasındakı vasitəçilərə müraciət edib. Bu barədə MIGNEWS agentliyi məlumat verib.

Bu haqda HƏMAS -ın nümayəndəsi Məhəmməd Nazzal Londonun "Əl-Qüds əl-Ərəbi" nəşrinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, FƏTH HƏMAS-ı uğurdan məhrum etmək üçün hər şey edir və hətta öz liderlərindən birinin ("Tənzim" FƏTH-in tərkibinə daxildir) azadlığından keçir. Bundan əlavə o, FƏTH-in sadəcə əhalinin dəstəklədiyi xarizmatik rəhbərin geri qayıtmasından qorxduğunu hesab edir.

Nazzal HƏMAS-ın Barqutinin azad edilməsi haqqında məsələni prioritet hesab etdiyini qeyd edib və onu İsrailə təqdim edilən siyahıdan çıxarmaq niyyətində deyil. "Barqutinin azad edilməsi Fələstin cəmiyyətinə müsbət təsir edəcək", - o bildirib.

Nazzal müsahibədə SAXAL-ın bazar ertəsi Beyt Lahiyaya hücum ilə əlaqədar, İsraillə əsirlərin mübadiləsi üzrə danışıqların dayandırıldığını xatırladıb.Bu hücum nəticəsində "Xalq müqaviməti komitələri"-nin liderlərindən biri olan Əbu Səid Karmut həlak olub.

Barquti İsrail həbsxanasında beş ömürlük həbs cəzası çəkən FƏTH lideridir.

Xəbər lenti

Xəbər lenti