...

Rusiya Gürcüstanla sərhədin onun üçün NATO ilə sərhədə çevriləcəyinə artıq hazırlaşır – Gürcüstan eksperti

Dünya xəbərləri Materials 8 Fevral 2008 14:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 fevral / Trend , müxbir N.Kirtsxaliya / Rusiya hökuməti Gürcüstanla sərhədin yaxın zamanlarda nəzəri və praktiki cəhətdən onlar üçün NATO ilə sərhədə çevriləcəyinə hazırlaşır, cümə günü Gürcüstan Parlamentinin xarici əlaqələr üzrə Komitəsinin sədri Kote Qabaşvili Trend ə deyib.

FTX-nın sərhəd xidmətlərinin Sərhəd Mühafizə Departamenti rəhbərinin müavini general-leytenant Anatoli Zabrodin bu yaxınlarda dildirib ki, Rusiya FTX Gürcüstan tərəfindən dövlət sərhədinin terrorçu qrup vasitəsilə yarılması təşəbbüsünü istisna etmir.

"Gürcüstanın Pankis dərəsində qanunsuz hərbi qruplaşmalara daxil olan döyüşçülərin yarısı qalıb. Onların liderləri Şimali Qafqaz respublikalarında terror aktları həyata keçirmək üçün planlar daşıyırlar. Lakin hərbçilərin sərhəddən RF ərazisinə keçmək niyyətləri haqqında konkret məlumat yoxdur" - general-leytenant deyib.

Zabrodin həmçinin bildirib ki, Şimali Qafqazda dövlət sərhədlərini qorumaq üçün xüsusi bölmələr yaradılır: sərhəd idarələrində motomanevr qrupu bazasında çevik hərəkət bölmələri formalaşır; regional idarələrdə xüsusi təyinatlı xidmətlər yaradılır.

"Bu xüsusi bölmələrin hərəkət zonasına Rusiyanın Gürcüstanla və Azərbaycanla bütün quru sərhədi daxildir" - o dəqiqləşdirib.

Qabaşvilinin sözlərinə görə, Rusiya tərəfinin "Gürcüstandan Çeçenistana hərbçilərin keçmə ehtimalı"barədə bəyanatı növbəti provokasiya xarakterli addımdır.

"Bu bəyanatlar Rusiyanın Şimali Qafqazda, Gürcüstanla sərhəddə hərbi qüvvələrini gücləndirməsinə bəraət qazandırmaq üçündür" - Gürcüstan deputatı hesab edir.

Xəbər lenti

Xəbər lenti