...

Kosovanun parlamenti bölgənin Serbiyadan müstəqil olmasını elan edib

Dünya xəbərləri Materials 17 Fevral 2008 23:11 (UTC +04:00)
Kosovanun parlamenti bölgənin Serbiyadan müstəqil olmasını elan edib

Bazar günü Kosovanun baş naziri Xaşim Taçi bölgənin parlamentini xüsusi iclasa çağırmışdır və orada Kosovonun Serbiyadan müstəqilliyi elan edilmişdir.

Elə bu iclasda parlament Kosovonun bayrağı və gerbi haqqında qanun qəbul etməlidir. Parlamentin müzakirəsinə rəmzlərin görünüşü barədə beş variant təklif edilib. Himn məsələsi isə bir az sonra həll olunacaq.

24 saat ötdükdən sonra BMT Baş katibinin xüsusi nümayəndəsinin Marti Axtisaari fevralda Kosovaya "nəzarət müstəqilliyinin" verilməsi qanun paketlərinin ratifikasiyasına baxılacaq. Rusiyanın BMT Təhlükəsizlik şurasında daima qarşı çıxan bu layihəyə əsasən Kosova Konstitusiya, beynalxalq tədbirlərdə iştrak etmək, 3 minə qədər milli təhlükəsizlik qüvvələrinin saxlamasını, dövlət bayrağı, gerbi və himnini əldə etmək imkanını qazanır.

Yeni qanunlar dörd aylıq keçid mərhələsindən sonra qüvvəyə minəcək. Bu vaxt ərzində Kosovoda 1999-cu ildən fəaliyyət göstərən BMT missiyası öz işini yekunlaşdırmalı və öz səlahiyyətlərini Avropa İttifaqının missiyasına verməlidir. Avropa administrasiyası polis funksiyaları və milli azlığların müdafiəsiynən kifayətlənəcək. Ona 2 min polis, gömrükçü, prokuror və məhkəmə orqanlarının əməkdaşları daxil olacaq. Lakin, "İnterfaksın" verdiyi məlumata görə onun Kosovada fəaliyyəti gələn həftədən başlayacaq. Bu missiyanın Kosovaya göndərilməsi barədə yekun qərar fevralın 16 qəbul edilmişdir. "Biz BMT baş qərargəhından gələcək addımlarımız ilə əlaqədar olaraq təlimatlar gözləyirik", - BMT rəsmi nümayəndəsi Alekçsandr İvanko deyib.

Bir sıra ekspertlərin fikirincə, Avropa İttifaqının 20 ölkəsi Kosovonun müstəqilliyini tez tanımağa hazırdır. ABŞ və Avropanın iri ölkələri - Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Kosovonun müstəqilliyini bazar ertəsi günü tanımağa hazırdır. Lakin, Avropa İttifaqının 6 ölkəsi - Kipr, Yunanıstan, Slovakiya, İspaniya, Bolqarıstan və Rumıniya bildiriblər ki, belə tez Kosovanın müstəqilliyini tanıya bilməzdər. Kosovanın müstəqilliyinə qarşı çıxış edən Serbiyadır.

14 fevral Serbiya höküməti qətnamə imzalayıb. Ona əsasən Kosovanın müstəqilliyi qanunsuz elan olunub. Sənədtə deyilir ki, Kosovada yaşayan bütün serblər Serbiyanın vətəndaşlarıdır və müstəqilliyi tanımamaq iqtidarındadırlar.

Serbiya söz verib ki, o ölkəlr ki, müstəqilliyi tanıyacaqlar onlarla diplomatik əlaqələri zəiflədəcək. Bu bəyanatla Serbiyanın prezidenti Boris Tadik çıxış edib. Əlaqələrin tam pozulması planlaşdırılmır.

Kosovada 2 mln. yaxın insan yaşayır, bölgənin müsstəqilliyi uğrunda çıxış edən əhalinin 90% etnik albanlardır. Kosova Serbiyanın tərkib hissəsi olsa da, 1999-cu ildən bölgə BMT administrasiya qüvvələri tərəfindən idarə olunur. 4 fevral 2008-ci ildə Avropa İttifaqı Kosovaya 1,8 min nəfərlik missiyasının göndərilməsi barədə qərar qəbul etmişdir.

Xəbər lenti

Xəbər lenti