...

Kosovanın müstəqilliyi Avropada "domino effekti" verə bilər – Çexiyanın prezidenti

Dünya xəbərləri Materials 18 Fevral 2008 08:39 (UTC +04:00)
Kosovanın müstəqilliyi Avropada "domino effekti" verə bilər – Çexiyanın prezidenti

Kosovanın müstəqilliyinin elan olunması Avropada "domino effekti" verə bilər. Bunu bazar günü axşam televiziya vasitəsiylə Çexiyanın prezidenti Viçlav Klaus deyib, RİA Novosti xəbər verir.

Bir qədər öncə Kosovanın parlamenti birtərəfli bölgənin müstəqilliyini elan etdi. "Domino effekti" istisna deyil və bu zaman digər bölgələr də hər hansı bir dövlətin tərkib hissəsi olmaq istəmədiklərini bildirəcəklər", - deyə Klaus bildirib.

Çexiyanın XİN-nin mətbuat xidmətinin başçısı jurnalistlərə bildirib ki, Çexiyanın XİN Kosovanın müstəqillik deklarasiyasını nəzərə alıb.

Çexiyanın XİN hesab edir ki, bu barədə qərar, bazar ertəsi Brüsseldə keçiriləcək iclasda Avropa İttifaqı ölkələri mövqeyi sayəsində qəbul edilməlidir.

Çexiyanın ən iri müxalifət partiyaların liderlərindən biri - Sosial-demokrat partiyasının sədri, keçmiş baş nazir İrji Paroubek ölkənin konstitusiya orqanlarını Kosovanın müstəqilliyini tanımamağa çağırıb.

Əks təqdirdə, onun sözlərinə görə, Çexiya parlamentinin qərarı pozulmuş hesab olunacak, çünki bu qərara əsasən Kosovanın statusu ATƏT-tin 1975-ci ildən yekun aktı və BMT Təhlükəsizlik şurasının qətnamələri əsasında müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti