...

Gürcüstanın təhsil naziri azərbaycanlılar yaşayan regionda gürcü dilinin tədrisinin keyfiyyəti ilə tanış olacaq

Dünya xəbərləri Materials 14 Aprel 2008 12:48 (UTC +04:00)

Gürcüstan,Tbilisi,14 aprel/ Trend , müxbir N. Kirtsxalia/ Gürcüstanın təhsil və elm naziri Giya Nodiya bu gün Marneuli rayonunun azərbaycanlılar yaşayan bölgəsində gürcü dili dərslərinin öyrədilməsinin keyfiyyəti ilə şəxsən tanış olacaq. Nazirlikdən verilən məlumata görə, Nodiya bu məqsədlə Marneuli məktəblərinə baş çəkəcək.

Nazir milli azlıqlara dövlət dilinin öyrədilməsi məsələsinə xüsusi əhəmiyyət verir. "Son illər regionlarda mill azlıqlara gürcü dilinin öyrədilməsinə kəskin şəkilədə maraq artıb, belə ki, bu, onların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün əsas amillərdən biridir" - deyə nazir azərbaycanlılar yaşayan regiona səfərindən qabaq bəyan edib.

Nodiya gürcü dilinin tədrisi üzrə dərsliklər və metodik materialları yerli Azərbaycan məktəb müəllimlərinə təqdim etmək niyyətindədir.

Bugünkü səfər Gürcüstanda 1978-ci ildən qeyd olunan 14 aprel - Gürcü dili gününə həsr olunub. O vaxtlar SSRİ KP MK Gürcüstanda gürcü dilini dövlət dili statusundan məhrum etmək istəyərkən Tbilisi ali təhsil müəssisələrinin minlərlə tələbə və müəllim heyəti SSRİ Konstitusiyasında öz doğma dillərini müdafiə edə bilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti